Ötən ilin dekabr ayında koronavirusdan 10,000-ə yaxın insan ölüb – Ümumdünya Səhiyyə Təşkilatıbackend

Ötən ilin dekabr ayında koronavirusdan 10,000-ə yaxın insan ölüb – Ümumdünya Səhiyyə Təşkilatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabr ayında koronavirusdan 10,000-ə yaxın ölüm faktı qeydə alınıb.

Editor.az bildirir ki, bu barədə “The Washington Post” Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun bəyanatına istinadən yazır.

“COVID-19 artıq qlobal səhiyyədə fövqəladə hal olmasa da, virus hələ də dövr edir, dəyişir və öldürür”, – ÜST rəhbəri deyib. O qeyd edib ki, əvvəlki ayla müqayisədə xəstəxanaya yerləşdirilənlər 42 faiz, reanimasiya şöbəsinə müraciətlər isə 62 faiz artıb.

Bundan əlavə, ÜST qeyd edir ki, bir çox ölkələr yeni hallar barədə məlumat verməyi azaldıb və ya dayandırıb.

//Samir Qurbanov, Editör.az