İsrail may ayında hələ də İranın nüvə obyektlərinə hücum etməyi planlaşdırırdı, lakin ABŞ prezidenti Donald Trampın xəbərdarlığından sonra bu ideyadan vaz keçib.
Editor.az bildirir ki, bu barədə “New York Times” Ağ Evdəki mənbələrinə istinadən yazıb. “Tramp aylarla davam edən daxili danışıqlardan sonra İranla diplomatiya aparmaq, yoxsa İsraili dəstəkləmək barədə qərar qəbul edib”, – NYT bildirir. İsrail əmin idi ki, ABŞ belə bir addımı dəstəkləyəcək və yəhudi dövlətinin İranın cavab zərbəsindən müdafiəsinə zəmanət verəcək – bu, iranlı alimlərin öz nüvə silahlarının yaradılması üzrə işini ən azı bir il iflic edə bilər.
Lakin Tramp İranla fikir ayrılıqlarını həll etmək üçün diplomatik yoldan çox hərbi yolu seçib və bu barədə İsraili məlumatlandırıb. O, məsələni Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə də müzakirə edib.
//Samir Qurbanov, Editor.az