Ötən ilin oktyabrında ABŞ Rusiyadan 36,8 min barel neft alıbbackend

Ötən ilin oktyabrında ABŞ Rusiyadan 36,8 min barel neft alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin oktyabr ayında ABŞ Rusiya neftinin idxalını bərpa edib.

Edior.az bildirir ki, bunu Amerika statistika xidmətinin məlumatlarının təhlili göstərir. Ötən ilin oktyabrında ABŞ Rusiyadan 36,8 min barel neft alıb və bunun üçün 2,7 milyon dollar ödəyib.

Noyabr ayı alışları daha təvazökar olub – 750 min dollara cəmi 9,9 min barel neft sonrakı emal və istehlak üçün alınıb. “Qara qızıl”ın bir barelinin qiyməti isə nə oktyabrda (74 dollar), nə də noyabrda (76 dollar) ABŞ-ın Rusiya neftinin barreli üçün 60 dollar kimi “tavan” qiymətləri təyin etdiklərinə belə yaxınlaşmayıb.

Xatırladaq ki, Rusiya neftinə qiymət tavanının tətbiqinə cavab olaraq Rusiya prezidenti Vladimir Putin cavab tədbirləri haqqında fərman imzalayıb, müqavilələrdə qiymət həddi müəyyən edənlərə Rusiyadan neft və neft məhsullarının tədarükünü qadağan edib.

Putin həmçinin müqavilədə maksimum qiymətin müəyyən edilməsi mexanizmindən istifadə ediləcəyi təqdirdə neftin xarici alıcılara tədarükünə qadağa qoyub.

//Samir Qurbanov, Editor.az