Ötən sutka Ukrayna ordusu düşmənə sarsıdıcı zərbələr endiribbackend

Ötən sutka Ukrayna ordusu düşmənə sarsıdıcı zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası rus işğalçılarının mövqelərinə 16 zərbə endirib, düşmənin iki helikopteri vurulub.

Editor.az xəbər verir ki, bu barədə Baş Qərargah Facebook-da məlumat yayıb. Məlumatda deyilir: “Ukrayna aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 16, düşmənin zenit-raket komplekslərinin mövqelərinə isə 6 zərbə endirib. Son sutka ərzində düşmənin iki helikopteri hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub”.

Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri döyüş sursatı anbarına, 3 komanda məntəqəsinə və düşmənin 3 canlı qüvvəsinin cəmləşdiyi əraziyə zərbələr endirib. Xüsusi olaraq qeyd olunub ki, Xerson rayonunun Çaplinka kəndi yaxınlığındakı düşmənin daimi dislokasiya məntəqəsinin məhvi təsdiqlənib. Ölən və yaralananlarla bağlı məlumatlar dəqiqləşdirilir.

  //Samir Qurbanov, Editor.az