2023-cü il dekabrın 4-nə keçən gecə rus işğalçıları Çauda burnundan (işğal olunmuş Krım) və işğal olunmuş Xerson vilayətinin hava məkanından Ukrayna ərazisinə 23 ədəd “Şahed-136/131” tipli PUA və idarə olunan raket atıblar.
Editor.az Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, hava hücumunun dəf edilməsinə PS-nin və Ukrayna Müdafiə Qüvvələrinin qırıcı təyyarələri, zenit-raket bölmələri və mobil atəş qrupları cəlb edilib.
Qeyd olunur ki, müdafiəçilər 18 hücum PUA-nı və bir ədəd X-59 idarəolunan təyyarə raketini məhv ediblər. Hava hücumundan müdafiə vasitələri Ukraynanın ən azı doqquz bölgəsində fəaliyyət göstərib.
//Samir Qurbanov, Editor.az

