“Otuz il ərzində darmadağın edilən ərazilərimizin bərpa işləri sürətli şəkildə davam edir”- Millət vəkilibackend

“Otuz il ərzində darmadağın edilən ərazilərimizin bərpa işləri sürətli şəkildə davam edir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad edilmiş ərazilərdə görülən işlər hazırlanmış plana uyğun olaraq həyata keçirilir”.

Bu sözləri Editor.az-a işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə bağlı danışarkən millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, Böyük Qayıdış proqramına əsasən təxminən 160 min nəfər 2027-ci ilə kimi ərazilərə köçürülməlidir:

“Ölkə başçısı 31 dekabr tarixindəki müraciəti zamanı Xankəndi, Xocalı kimi ərazilərimizə də bu il köç prosesinin baş tutacağını bildirib. Həmçinin Laçın, Füzuli və s. şəhərlərə də vaxtaşırı köç prosesi davam etdirilir. Şərqi Zəngəzur, Qarabağ bölgəsində yenidənqurma və bərpa istiqamətində ciddi işlər görülür və bu işlər məhz Azərbaycanın öz gücünə həyata keçirilir.

Otuz ildən artıq vəhşiliklərə məruz qalaraq darmadağın edilən ərazilərimizin bərpa işləri sürətli şəkildə davam edir”.

//Səbinə Hüseynli, Editor.az