Ovanisyanın yaraladığı “azərbaycanlı” öldü – VİDEObackend

Ovanisyanın yaraladığı “azərbaycanlı” öldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada erməni prodüser Murad Oqanesyanın bıçaqla hücumuna məruz qalan stomatoloq Camal Odilov dünyasını dəyişib.

Editor.az xəbər verir ki, bu barədə dekabrın 17-də prokurorluq məlumat yayıb. “41 yaşlı zərərçəkən xəstəxanada dünyasını dəyişib”, – məlumatda deyilir.

Xatırladaq ki, dekabrın 13-də Moskvanın şimalında bir nəfər şəxsi klinikanın diş həkiminə bıçaqla xəsarət yetirib. Xəstələrdən biri, 60 yaşlı Murad Oqanesyan müəssisəyə daxil olaraq 40 yaşlı həkim Camal Odilovu yaralayıb. Oqanisyan polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır. “Azadlıq” radiosunun özbək xidmətinin əməkdaşları hadisənin baş verdiyi klinikanın rəhbəri ilə danışıblar. Babur adlı şəxs bildirib ki, Oqanisyan həqiqətən dişini 6 ay əvvəl onların klinikasında müalicə etdirib: “Dekabrın 13-də təyinat olmadan klinikaya gəlib. Daşkəndli zərərçəkmiş Camal Odilov çox ixtisaslı mütəxəssisdir. Həkim dəhlizə çıxıb rentgen otağına daxil olmaq istəyəndə Oqanesyan çantadan bıçağı çıxarıb və Camalın böyründən bıçaqlayıb. Rəhmonberdi adlı digər əməkdaşımız Camalı xəstəxanaya aparıb və ona tibbi yardım göstərilib. Cinayətkarın özü polisə təslim olub. “Dindirilmə zamanı müstəntiq ermənidən hücumun səbəblərini soruşdu və o, belə cavab verdi: “Mən onun azərbaycanlı olduğunu düşünürdüm”. Adamı ancaq azərbaycanlıya oxşadığına görə bıçaqlayırlar”, – deyə klinikanın rəhbəri qəzəblə qeyd edib.

Sonradan məlum oldu ki, Oqanisyan 2006-cı ildə sovet yeniyetmələrinin cəzalarından bəhs edən “Əclaflar” filmini buraxan “Paradise” prodüser mərkəzinin keçmiş baş direktoru olub. Bundan əlavə, müxtəlif filmlər istehsal edən Paradise Video, Paradise Digital və Paradise Media şirkətlərinin sahibidir.