Overçuk da İrəvana gəldi – Ermənilərin ŞOK REAKSİYASIbackend

Overçuk da İrəvana gəldi – Ermənilərin ŞOK REAKSİYASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistanda səfərdə olduğu vaxt Rusiya Baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti də İrəvana gəlib.

Rusiya nümayəndə heyətinin səfərinin məqsədi 9-cu Rusiya-Ermənistan Regionlararası Forumunda iştirak etməkdir.

Overçuk deyib ki, səfərin hədəfi Ermənistanla tarixi yaxınlığımızı vurğulamaq, xalqlarımız arasındakı münasibətləri və iqtisadi əlaqələri gücləndirməkdir:

“Məqsəd – Rusiya və Ermənistanın qarşısında dayanan iqtisadi məsələləri praktik olaraq həll etməkdir. Bu, təkcə gəlişigözəl sözlər, nəzəriyyə və vəd deyil, ölkələrimizin insanlarının maraqlarına uyğun real işdir”.

O əlavə edib ki, tərəflər bütün səviyyələrdə – Rusiyanın regionlarında və Ermənistanın vilayətlərində, biznes və ekspert icmalarında, dövlət qurumlarında ardıcıl və davamlı işləyirlər.

Publika.az

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin səfəri Pelosinin səfəri fonunda itib-batıb. Overçukun çıxışını da erməni mediası heç də həvəslə tirajlamır.

Əvəzində isə Pelosini qarşılamağa minlərlə erməni çıxır, eyni zamanda, hazırda İrəvanın müxtəlif məkanlarında iki izdihamlı aksiya keçirilir – biri Pelosinin İrəvana səfərinə dəstək, digəri isə Ermənistanın Rusiyanın rəhbərlik etdiyi KTMT-dən çıxması tələbidir. (Axar.az)