Övladını məktəbə göndərməyənlər sənəd imzalamalıdırbackend

Övladını məktəbə göndərməyənlər sənəd imzalamalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hansısa valideyn övladının səhhətiylə bağlı təhlükə hiss edirsə, distant təhsili seçə bilər.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Real İntervyu” verilişinə müsahibəsində bildirib.

O qeyd edib ki, bu məqsədlə valideyn iltizam sənədi imzalamalıdır: “Həmin valideyn övladının distant təhsilinə cavabdehdir. Övladı məktəbə gəlməsə də, qiymətləndirmədə iştirak etməlidir”.

“Şagird distant təhsildən kənardısa, qiymətləndirmədə necə iştirak edəcək?” sualına M.Vəliyeva belə cavab verib: “Bildirim ki, fevralın 1-dən sonra distant təhsil zamanı qiymətləndirmədə iştirak etməyənlər 1 ay ərzində qiymətləndirmədə iştirak edə biləcəklər”.