Övladlarımızı təcavüzdən necə qoruyaq? – “Cinsi tərbiyə” anlayışı cəmiyyətimizdə yanlış anlaşılır- Psixoloqdan AÇIQLAMAbackend

Övladlarımızı təcavüzdən necə qoruyaq? – “Cinsi tərbiyə” anlayışı cəmiyyətimizdə yanlış anlaşılır- Psixoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox heyif ki, ölkəmizdə təcavüz hadisələri günü-gündən artır. Həmçinin, son dövrlər sosial şəbəkələrdə insanların aktivliyi belə halların daha çox üzə çıxmasına səbəb olur. Digər tərəfdən karantində dövründə evə qapanmalar, pandemiyadan dolayı yaranan bir sıra çətinliklər insanların şüuraltında olan cinayət meyllərini xeyli üzə çıxarıb. Ona görə də potensial cinayətkarlar aktivləşib”.

Bu sözləri Editor.az-a açıqlamasında tanınmış psixoloq, psixoterapevt Elmir Əkbər deyib.

Psixoloqun sözlərinə görə ən ağır təcavüzün qurbanı doğmaları, yaxınları tərəfindən təcavüzə məruz qalan qadınlardır:

” Onları cəmiyyətə qaytarmaq,  travma izlərini beyinlərindən silmək üçün xüsusi dəstəyə ehtiyacları olur. Çünki belə insanlarda posttravmatik stress sindromu deyilən xəstəlik olur. Biz çalışmalıyıq ki, sözlə deyil əməldə onların yanında olaq. Zərərçəkmişin hadisədən xəbəri olan yaxınları, dostları mütləq onu nəyəsə görə qınamaqdansa dəstək olmalı, fikirlərini dağıtmağa kömək olmalıdırlar. Məsələn özlərinə yeni hobbilər etməli, ev həyvanı saxlamalıdırlar. Həyatlarını yeniləməli, məna və anlam qatmalıdırlar. Belə olduqda təcavüzə uğramış qadınlar yenidən həyatlarına ağ səhifədən başlayıb yaşaya bilərlər”.

E. Əkbərin sözlərinə görə, övladlarımıza Qərb ölkələrində olduğu kimi cinsi tərbiyə verməliyik:

“”Cinsi tərbiyə” ifadəsi bizim cəmiyyətdə yanlış başa düşülür. Bir çoxları elə bilir ki, uşaqlara intim mövzudan danışmaq həyatın incəliklərini öyrətməkdir. Əslində isə bu belə deyil. Uşaqları gözü açıq böyütmək, maarifləndirmək lazımdır. Cinsi tərbiyə oğlan uşaqlarının  bəyəfəndi, qız uşaqlarının da xanım  kimi böyüməyinə zəmin yaradır.  Eyni zamanda, uşaqların hər birinin yaşına uyğun olaraq ona ətrafdakı insanlarla ünsiyyət və davranış qaydalarını, ən əsası da sərhədləri öyrətməkdir. Bilirsiz bizdə uşaqlara   sərhədləri öyrətməyin əsas problemi nədir? Valideynlər əsasən də analar övladlarına sərhəd saxlamamağı öyrədirlər. Bu düzgün tərbiyə üsulu deyil. Valideyn övladına deyir ki, mən sənin ananam mənlə hər şey danışmaq olar, aramız açıq olmalıdır. Valideynlə övlad arasında müəyyən pərdə olmalıdır. Bu, vacibdir. Belə olmalıdır ki, uşaqlar digər insanlarla bunu daha ciddi bir sərhəd olaraq qoruyub saxlaya bilsinlər. Mütləq uşaqları öyrətmək lazımdır ki, onların bədənlərində hansı nayihələrinə toxunmaq olmaz. Ona görə də bütün bu detalları uşaqların yaşına uyğun olaraq onların anlayacağı dildə izah etmək lazımdır və mütləq şəkildə valideynlər  özləri üçün də uşaqları üçün olan xüsusi psixoterapevtik təlimlərə aparmalıdır ki, mütəxəssislərin dilindən bunları daha aydın öyrənsinlər”.

//Gülnarə Abasova, Editor.az