“Övladlarınızı sevməyin, eqoist olacaqlar”backend

“Övladlarınızı sevməyin, eqoist olacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həyat çox qısa və amansızdır. Özünüzə dəyər verin, qayğı göstərin. Xəstə və gücsüz insan özündən başqa heç kimə lazım deyil”.

Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb. İzləyicilərinə müraciət edən aktrisa sözlərinə belə davam edib:

“Özünüzü sevin. Çalışın sağlam olun. Yalnız Allah və özünüzə güvənin. Heç kimi aldatmayın, haram yeməyin. Sirrinizi heç kimə açmayın, dostunuz olsa belə. Çünki dostunuzun da dostu var, bilin ki, münasibətiniz hər an pozula bilər. Şantaja məruz qala bilərsiniz. Övladlarınızı aşırı dərəcədə sevməyin, eqoist böyüyəcəklər, hər zaman sizin sevginizdən istifadə edəcəklər. Çalışın yaxşılıq edin. Böhtan atmayın, həyat bumeranqdır, özünüzə qayıda bilər.

Başqasının eybini yaymayın, günahdır. Allah onun da günahlarını sizə yazar. Çalışıram bunlara əməl edim, çünki bu dünya sınaq dünyasıdır”.

//Axşam.az