İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib ki, hansı ölkə öz səmasını İsrailə açarsa, o, İran tərəfindən düşmən sayılacaq.
“Biz artıq başqa ölkələrin nümayəndələrinə demişik ki, İsrailə hava məkanını verən hər kəsi düşmən hesab edəcəyik. Amma ümid edirəm ki, heç kim belə bir icazəni verməyəcək”, – Abbas Əraqçı bildirib.
Xatırladaq ki, İsrail ordusu oktyabrın 1-də İrandan kütləvi hücum barədə məlumat verib. O, yəhudi dövlətinin qaz və hərbi infrastrukturuna doğru 500-ə yaxın ballistik raket atıb. İranın hesablamalarına görə, atılan raketlərin 80%-dən çoxu hədəfinə çatıb.
//Samir Qurbanov, Editor.az

