Özbəkistan prezidenti Azərbaycana dövlət səfəri edəcəkbackend

Özbəkistan prezidenti Azərbaycana dövlət səfəri edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə 2025-ci il iyulun 2-dən 4-dək Azərbaycanda dövlət səfərində olacaq.

Editor.az  bu barədə uzdaily.uz-a istinadla xəbər verir.

Səfər proqramına əsasən, iyulun 2-3-də Bakıda Ali Dövlətlərarası Şuranın ikinci iclası baş tutacaq, həmçinin yüksək səviyyədə danışıqlar və digər tədbirlər keçiriləcək. Görüşlərdə Özbəkistan-Azərbaycan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin daha da dərinləşdirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.

İyulun 4-də Özbəkistan prezidenti Xankəndi şəhərinə səfər edəcək, burada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitində iştirak edəcək.