Qırğızıstanın Ala-buka və Özbəkistanın Yangikorqan sərhəd bölgəsində Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşlarına atəş açıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralan üç nəfər xəstəxanada vəfat edib. Bu barədə məlumatı Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti verib.Hadisə ilə bağlı araşdırmaların başlandığı bildirilib.
Özbəkistan hakimiyyəti hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Qeyd edək ki, ötən ay bir qrup Qırğızıstan vətəndaşı Qırğızıstandan Özbəkistana qeyri-qanuni yolla mal keçirməyə cəhd edib. Özbəkistan sərhədçiləri isə onların bu əməlinə müdaxilə edərək atəş açıb.
//Nəzərbəy, Editor.az

