Bu səhər yerli vaxtla saat 05:44-də Özbəkistanda kifayət qədər güclü zəlzələ baş verib.
Zəlzələnin episentri Buxara vilayətinin Jondor rayonunda olub.
Editor.az bildirir ki, bu barədə Respublika Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzi məlumat yayıb. “Podrobno.uz” xəbər verir ki, zəlzələnin episentri 15 km dərinlikdə yerləşib, onun maqnitudası, yaxud zəlzələ zamanı ayrılan enerjinin miqdarı 4 olub. Zəlzələnin episentrindən Daşkəndə qədər olan məsafə cənub-qərb istiqamətində 526 km olduğu üçün paytaxtda yeraltı təkanlar hiss olunmayıb. Lakin Peşkun və Karakul rayonlarının sakinləri 2 bal gücündə yeraltı təkanlar hiss ediblər.
//Samir Qurbanov, Editor.az