Özbəkistanda faciə: nəhəng daş üç xarici turistin həyatına son qoydubackend

Özbəkistanda faciə: nəhəng daş üç xarici turistin həyatına son qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir gün əvvəl Özbəkistanın Kaşkədərya və Səmərqənd vilayətlərinin sərhədində yerləşən Taxtakaraça aşırımında nəhəng daş “Chevrolet Cobalt “markalı avtomobilin üzərinə düşüb. Qəza nəticəsində 3 nəfər dərhal həlak olub.

Editor.az xəbər verir ki, bu barədə Kitab rayon hökümətinin mətbuat xidməti məlumat yayıb. “Podrobno.uz” xəbər verir ki, avtomobil Kitabdan Səmərqəndə gedirmiş, sosial şəbəkələrdə yayılan məlumata görə, salonda sərnişin qismində Macarıstan vətəndaşları olub, avtomobili Özbəkistandan olan sürücü idarə edib.

Faciədən sonra keçiddə nəqliyyat vasitələrinin hərəkəti yalnız bu gün səhər bərpa edilib. Rayon DYP-nin mətbuat xidmətindən verilən məlumata görə, hadisənin nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görülüb.