Özbəkistanda güclü zəlzələ olubbackend

Özbəkistanda güclü zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın Buxara vilayətində zəlzələ baş verib. Zəlzələnin maqnitudası 5,0-a çatıb.

Editor.az bildirir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin səhər saatlarında məlumat verib. Özbək seysmoloqlarının qeyd etdiyi coğrafi məkan Qazaxıstanın paytaxtı Almatıdır və yeraltı təkanlar şəhərdən 1,2 min km aralıda yerləşir.

Zəlzələnin mənbəyi yer səthindən 15 km məsafədə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, iki gün əvvəl, noyabrın 4-nə keçən gecə Nepalda, Hindistan sərhədinə yaxın ərazidə analoji bal gücündə (5,7) zəlzələ baş vermişdi. Zəlzələ 100-dən çox insanın həyatına son qoymuşdu.

//Samir Qurbanov, Editor.az