Özbəkistanda ictimai yerlərdə üzü örtmək qanunvericilik səviyyəsində qadağan edilib.
Mövcud cinayət və inzibati qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan müvafiq qanun layihəsini dövlət başçısı imzalayıb.
Editor.az Özbəkistan Ədliyyə Nazirliyinin məlumatına istinadən bildirir ki, ictimai yerlərdə şəxsiyyəti müəyyən edilə bilməyəcək şəkildə geyinən şəxslər 10-15 BRV (əsas hesablanmış dəyər), yəni minimum 3,3 milyon som (270 dollar) və maksimum 4,9 milyon som (400 dollardan çox) cərimə ödəməli olacaqlar.
Lakin qanun bir sıra istisnaları da nəzərdə tutur. Belə ki, tibbi səbəblərə görə, iş və ya xidmətlə əlaqədar, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində, idman və mədəni tədbirlərdə iştirak zamanı üzün örtülməsinə icazə verilir.
//Samir Qurbanov, Editor.az

