Özbəkistanda referendum: Şavkat Mirziyoyev özü üçün “üçüncü müddət” hazırlayırbackend

Özbəkistanda referendum: Şavkat Mirziyoyev özü üçün “üçüncü müddət” hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özbəkistan Respublikasının Konstitusiyası haqqında” yeni qanun layihəsində Özbəkistan prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması ilə bağlı bənd yer alıb.

Editor.az xəbər verir ki, sənəd layihəsi bu gün, martın 15-də dərc olunub. Burada deyilir deyilir: “Özbəkistan Respublikasının Prezidenti Özbəkistan Respublikasının vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə yeddi il müddətinə seçilir”. Ölkənin hazırkı konstitusiyasına görə, prezidentin səlahiyyət müddəti beş ildir. Müvafiq düzəlişlər 2011-ci ilin dekabrında qəbul edilib.

Konstitusiyanın yeni variantı həm də ölkənin hazırkı prezidenti Şavkat Mirziyoyevə ardıcıl üçüncü dəfə seçilməyə imkan verəcək. Bundan əvvəl prezident seçilmək imkanı ardıcıl iki müddətlə məhdudlaşırdı. Qeyd edək ki, ötən həftə Özbəkistanın aşağı palatasının deputatları konstitusiyaya dəyişikliklərlə bağlı aprelin 30-na referendum təyin ediblər.

Dünən, martın 14-də Senat bu qərarı təsdiqləyib. 2022-ci ilin yayında suveren Qaraqalpaqıstan Respublikasında düzəlişlər əleyhinə etirazlar baş vermişdi. Belə ki, yeni konstitusiya layihəsində regionun suveren statusunun aradan qaldırılması nəzərdə tutulurdu. Aksiyalar zamanı 200-dən çox insan xəsarət almış, 22 etirazçıya qarşı cinayət işi açılmışdı. Bununla belə, hakimiyyət Qaraqalpaqstanın suveren statusunu saxlamaq qərarına gəlmişdi.

  //Samir Qurbanov, Editor.az