Özbəkistanda spirtli içki və tütün məmulatı ilə inqilabi qərarbackend

Özbəkistanda spirtli içki və tütün məmulatı ilə inqilabi qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda spirtli içkilər, tütün məmulatı, tütün və nikotindən istifadə üçün nəzərdə tutulmuş vasitələr yalnız 21 yaşdan yuxarı şəxslərə satılacaq.

Alkoqol və tütün məmulatının alınması üçün minimum yaş həddinin 20-dən 21-ə qaldırılması respublika Senatı tərəfindən plenar iclasda təsdiq edilib. Məktəb, idman və dini qurumların yaxınlığında spirtli içkilərin və tütün məmulatlarının satışını qadağan edən qanuna da əlavələr edilib.

Bundan əlavə, yeni qanun spirtli içkilərin və tütün məmulatının əl, nimçə, səbət, əl arabası və s.-lə daşınmasını da qadağan edir ki, bu da həmin məhsulların xırda ticarətinin məhdudlaşdırılması məqsədi daşıyır. Özbəkistanda alkoqol və tütün məmulaının ticarət avtomatlarında və elektron ticarət vasitəsilə satışına da qadağan qoyulub. Sənəd respublika prezidentinin imzasını gözləyir və imzalandıqdan üç ay sonra qüvvəyə minəcək.

  //Samir Qurbanov, Editor.az