Bu gün Daşkənddə kənd təsərrüfatı universitetinin ərazisində genişmiqyaslı yanğın baş verib.
Universitet şəhərciyi Qibray rayonunda, şəhərin girişinə yaxın məsafədə yerləşir. Burada bir çox qurumlar, o cümlədən ölkənin Kənd Təsərrüfatı Nazirliyi yerləşir. Video çəkilişlərdən belə görünür ki, bir neçə hündürmərtəbəli bina yanıb.
Özbəkistanın fövqəladə hallar idarəsinə yanğın barədə məlumat yerli vaxtla saat 20:10-da daxil olub. Yanğınsöndürənlər 7 dəqiqə ərzində hadisə yerinə gəliblər. Təxminən saat yarımdan sonra yanğın lokallaşdırılıb. Onu aradan qaldırmaq cəmi iki saat çəkib. Xəsarət alan olmayıb.
//Samir Qurbanov, Editor.az