Özbəkistanın Səmərqənd vilayətində güclü patlayış olubbackend

Özbəkistanın Səmərqənd vilayətində güclü patlayış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Özbəkistanın Səmərqənd vilayətində qaz təchizatı müəssisəsinin ərazisində güclü qaz partlayışı baş verib. Editor.az xəbər verir ki, bu barədə “Podrobno.uz” məlumat yayıb.
Bildirilir ki, partlayış əhalini maye qazla təmin etmək üzrə ixtisaslaşan stansiyada baş verib. Əvvəlcə maye qazın daşınması üçün nəzərdə tutulmuş avtomobil yanıb.
Yanğın nəticəsində 3 ədəd “İsuzu” markalı minik avtomobili və maye qaz balonları sıradan çıxıb. Müəyyən edilib ki, partlayışa səbəb stansiyada qazdaşıyıcıdan ehtiyat çənə qazın axıdılması zamanı texniki təhlükəsizlik qaydalarının pozulması olub. Nəşrin məlumatına görə, insident nəticəsində bir nəfər xəsarət alıb. Hazırda ekspertlər hadisənin nəticələrini aradan qaldırmağa davam edir.
  //Samir Qurbanov,Editor.az