Özbəkistanlı pilotlar AZAL-ın qəzada həyatını itirən sərnişinlərinin xatirəsini anıblarbackend

Özbəkistanlı pilotlar AZAL-ın qəzada həyatını itirən sərnişinlərinin xatirəsini anıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özbəkistan Hava Yolları” şirkətinin pilotları AZAL-ın qəzaya uğrayan təyyarəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq Qazaxıstanın Aktau şəhəri üzərində iki dövrə vurublar.

Oxu.Az xəbər verir ki, görüntüləri “Flightradar24” paylaşıb.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.