Özge Ulusoy yenidən Bakıdadır – FOTOLARbackend

Özge Ulusoy yenidən Bakıdadır – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur modeli Özge Ulusoy Azərbaycandadır.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, məşhur xarici brendin yerli filialının reklam çəkilişi üçün Bakıya gəlib.

Model öz instaqram səhifəsində fotolar paylaşaraq burada olduğu üçün məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Ö. Ulusoy bir müddət əvvəl Türkiyə KİV-nə açıqlamasında tezliklə Azərbaycana gələcəyini bildirmişdi.

Bundan əlavə, model 2019-cu ildə Bakıda tekstil markasının siması olmuşdu. O, reklamda çəkilmək qarşılığında 100 min dollar dəyərində qonorar əldə etmişdi.