Özgür Demirkıranın rəhbərlik etdiyi zavod su obyektini çirkləndirib – PROTOKOLbackend

Özgür Demirkıranın rəhbərlik etdiyi zavod su obyektini çirkləndirib – PROTOKOL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ Konserv Zavodu MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Qəbələ Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin sədrliyi ilə oktyabrın 21-də baxılacaq.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (Su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: “Pepsi Bottlers Azerbaijan”nın (Mars Overseas Baku LTD) Qəbələ şəhərində yerləşən “Qəbələ Konserv Zavodu”nun rəhbəri Özgür Demirkırandır.