Özgür Özəl Əsədlə görüşmək üçün Suriyaya gedəcəkbackend

Özgür Özəl Əsədlə görüşmək üçün Suriyaya gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CHP-nin sədr müavini Burhanəddin Bulut Özgür Özelin Suriyaya səfər etmək və Bəşər Əsədlə görüşmək istəyinin Dəməşq rəhbərliyi tərəfindən qəbul edildiyini açıqlayıb.

Editor.az xəbər verir ki, Halk TV-də yayımlanan verilişdə qonaq olan CHP sədrinin müavini Burhanəddin Bulut CHP sədri Özgür Özelin Suriya səfəri ilə bağlı önəmli açıqlamalar verib.

Bulut səfərlə bağlı Dəməşq rəhbərliyi ilə əlaqə saxladıqlarını və müsbət cavab aldıqlarını bildirib:
“Görüşməklə bağlı istəyimiz təmin edilib. Bundan sonra yalnız harada və hansı tarixdə görüşüləcəyi müzakirə olunacaq. Görüş tələbimizi çatdırdıq və Dəməşqdən müsbət cavab aldıq.” deyə Burhanəddin Bulut bildirib.

//Samir Qurbanov, Editor.az