“Özümüzü qurban vermək istəmirik” – Paşinyandan KRİTİK AÇIQLAMAbackend

“Özümüzü qurban vermək istəmirik” – Paşinyandan KRİTİK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan xalqı artıq döyüşərək, əziyyət çəkərək sağ qalmaq istəmir, sadəcə yaşamaq istəyir”.

Bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

“Biz artıq döyüşmək, əziyyət çəkmək, özümüzü qurban vermək istəmirik. Biz sadəcə yaşamaq istəyirik. Bu, xalqdan elitaya və hakim çoxluq kimi bizə bir mesajdır”, – deyən hökumət başçısı bu mesajın əsl Ermənistanın ideologiyası olduğunu bildirib.

Paşinyanın sözlərinə görə, xalq elitadan soruşur ki, onlar sadəcə yaşamağa, uşaqların xoşbəxt və firavan yaşamalarına şərait yarada biləcəklərmi? Siyasətçi bu suala yalnız dövlətin cavab verə biləcəyini vurğulayıb.

Baş nazir əlavə edib ki, Ermənistanda son etiraz hərəkatı xalqın əsl Ermənistana üstünlük verdiyi üçün uğursuzluğa düçar olub. Onun fikrincə, həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşların yaxşı yaşamaq istəyinə azadlıq vermək lazımdır./Publika.az