“Özünə güvənən valideyn,özünə güvənən övlad deməkdir”- AÇIQLAMAbackend

“Özünə güvənən valideyn özünə güvənən övlad deməkdir”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyatımızda yaşadığımız bir çox uğursuzluqlara dönüb baxanda əsas səbəbin özümüzə inanmadığımız üçün etmədiyimiz risklər, neqativ fikirlər, “bacarmaram” qorxusunun olduğunu aydın şəkildə görə bilərik. Bəs bu problem necə yaranır?

Məsələ ilə bağlı psixoloq Leyla Əli Editor.az-ın suallarını cavablandırıb. Psixoloq bildirib ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, fərddə mövcud olan özgüvənin dərəcəsi böyüdüyü mühitdə ona verilən dəyərdən asılı olaraq dəyişir:

“Kiçik yaşlarında övladınızın uğurlarına verdiyiniz reaksiyalar, onunla davranış şəkliniz uşağın gələcəkdə özünə inanan bir fərd kimi cəmiyyətdəki yerini tapmasında mühüm rol oynayır. Övladımızın özgüvənli bir fərd olaraq yetişməsi üçün ana şərtsiz ona sevgi göstərməyi bacaran, hər zaman güvənən, çox sərhədlər qoymayan, onu dinləyən, çox söhbət etməyi bacaran, onu heç kimlə müqayisə etməyən, cəsarətləndirən valideyn olmağımız şərtdir. Bəs bunları etmək üçün əvvəlcə nədən başlamalıyıq? Əlbəttə ki, öncə özümüzə güvənməliyik. Özümüzü yaxşı valideyn, önəmli şəxsiyyət olduğumuza inandırmalıyıq. Bu hissi mütləq şəkildə övladınıza da ötürə bilərsiniz . Biz ən azından gələcək üçün aydın sabahlar yetişdirən insanlarıq .Gələcəyin bir parçası, bir parıltısı məhz sizlərin əlindədir..Ən parlaq işığı yandıracağımıza inanaraq çalışmalıyıq .Unutmayın:”Özünə güvənən valideyn,özünə güvənən övlad deməkdir””.

//Gülnarə Abasova, Editor.az