Özünü “şəfaçı” kimi tanıdan kişidən İYRƏNC ƏMƏL: Autizmli uşaqları… / FOTObackend

Özünü “şəfaçı” kimi tanıdan kişidən İYRƏNC ƏMƏL: Autizmli uşaqları… / FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Özünü insanlara şəfa verən biri kimi təqdim edərək dələduzluq edən iraqlı Molla Əli Kürdüstani adıyla tanınan Molla Əli Kalak Türkiyədə ofis açıb.

Editor.az olke.az-a istinadla xəbər verir ki, 2020-ci ilin fevralında Səudiyyə Ərəbistanında həbs edilən, daha sonra azadlığa buraxılan “şəfaçı” fəaliyyətinə Türkiyədə davam etməyə qərar verib.

Başakşəhərdə ofis açan M.Ə.Kürdüstani əvvəlcə, sosial şəbəkələr vasitəsilə reklam etdirib.
Ofisə autizmli uşaqlarını gətirən valideynlər “şəfaçı”nın müalicə üsulunu gördükdən sonra şikayətçi olublar. Uşaqların ayağının altına sopa ilə vuraraq onları müaəlicə etməsi vətəndaşlar arasında narazılıq yaradıb.
Valideynlərdən biri mollanın uşağın ayağının altına sopa ilə vurduğunu, hər seans üçün 200 lirə aldığını və müalicənin bir il ərzində 2 aydan bir davam edəcəyini söylədiyini bildirib.
Polisin M.Ə.Kürdüstaninin ofisinə basqın zamanı müalicə olunmağa gələn şəxslərin sayının çox olması diqqət çəkib. Polisin araşdırması zamanı müalicəyə Almaniya və ABŞ kimi böyük ölkələrdən gələn çox sayda vətəndaş olduğu üzə çıxıb.
Polisin keçirdiyi əməliyyat zamanı M.Ə.Kürdüstani ofisdə tapılmayıb.
Polis ofisdən tapdığı sertifikatları və pulu müsadirə edərək götürüb.
Əməliyyat zamanı “həkim”dan şikayət edənlərlə, “müalicə” üçün növbə gözləyənlər arasında müabahisə düşüb.

Dələduzluqda ittiham olunan şəxsin axtarışlarına başlanılıb.