Özünü yandırmaq istəyən qazi: “Əlillik dərəcəmin təyin olunmasını istəyirəm” -FOTObackend

Özünü yandırmaq istəyən qazi: “Əlillik dərəcəmin təyin olunmasını istəyirəm” -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonun İcra Hakimiyyəti binasının qarşısında özünə qəsd etmək istəyən Vətən müharibəsi iştirakçısı İlham Həsənov özünə qəsd etmək istəməsinin səbəbləri ilə bağlı Editor.az-a danışıb.Qazimizin sözlərinə görə,onun əsas istəyi müalicəsinin davam etdirilməsi və əlillik dərəcəsinin təyin olunmasıdır

“Bakıda,Gəncədə, Qazaxda, Şəmkirdə yatdım.Yəni çox xəstəxanada müalicə almışam.İndidə Müalicəyə ehtiyacım var.Əsas istəyim odur ki, sağlamlığım bərpa olunsun və əlilliyim təyin edilsi. Papanindən və digər xəstəxanalardan mənim vəziyyətimlə bağlı nazirliyə sənədlər göndərmişəm. Bu gün özümdən aslı olmadı və bunu elədim. Başımda qıcıqlanma olduğu üçün psixi təsir altında bunu elədim.Özünüzdə görürsüz mən tam danışa bilmirəm. Getdim İcra başçısının yanına ki, “Yaşat” Fonduna müraciət etməyimdə kömək etsinlər. Dedilər yoxdur burada.Dedilər Sabah gəl. Soruşdum bəs müavin və ya əvəz edən adam yoxdur sözümü deyim? Cavab verdilər ki,bizim əlimizdən heçnə gəlmir.Mən də özümdən aslı olmadan pis oldum və benzin tökdüm özümü yandırmaq istədim”-İ.Həsənov bildirib. Məlumat üçün qeyd edək ki,İlham Həsənov aprel döyüşlərində iştirak edib.Vətən müharibəsində könüllü olaraq orduya çağırılıb.Fizuli,Daşaltı və Şuşanın işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənin atdığı tank mərmisi İlham Həsənovun yaxınlığında partlayıb.Nəticə etibarı ilə ağır yaralanıb. Hazırda danışmaqda çətinlik çəkir.