Pakistan 2024-cü ildə ilk  meymun çiçəyinə yoluxma faktını təsdiqləyibbackend

Pakistan 2024-cü ildə ilk  meymun çiçəyinə yoluxma faktını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox Afrika ölkələrinə yayılan 2024-cü ilin ilk meymun çiçəyi virusuna (mpox) yoluxma faktı Pakistanda təsdiqlənib.

Editor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilir ki, xəstə avqustun 3-də Yaxın Şərq ölkəsindən Pakistana qayıdıb. Səhiyyə orqanları hazırda yoluxmuş şəxsin təmaslarını izləyir.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Afrikadakı mövcud meymun çiçəyi (mpox) epidemiyasının beynəlxalq səhiyyə fövqəladə vəziyyəti olduğunu bildirmişdi.

//Gülnarə Abasova, Editor.az