Pakistan: “İranla vəziyyəti gərginləşdirmək niyyətimiz yoxdur”backend

Pakistan: “İranla vəziyyəti gərginləşdirmək niyyətimiz yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Bəluç ölkəsinin İrandakı “terrorçulara” hava zərbəsi endirməsindən sonra Tehranla vəziyyəti gərginləşdirmək niyyətində olmadığını bildirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, sözçü Bəluç həftəlik mətbuat konfransında verdiyi açıqlamada Pakistanın İran da daxil olmaqla, bütün ölkələrlə sülh münasibətləri arzuladığını vurğulayıb.

Pakistanın həmişə dialoq yolunu seçdiyini və sülhün hökm sürməsi üçün qonşuları ilə əlaqələr qurmağa davam edəcəyini bildirən Bəluç Pakistanın İran xalqını dost və qardaş kimi gördüyünü vurğulayıb. Bəluç qeyd edib ki, onlar dialoq və əməkdaşlığın terrorizm təhlükəsi də daxil olmaqla, ümumi çağırışlarla üzləşmək üçün vacib olduğuna inanırlar. Vasitəçi kimi çıxış edən üçüncü tərəf olmadığına diqqət çəkən Bəluç Pakistan və İranın müxtəlif rabitə kanallarının olduğunu bildirib.

O həmçinin qeyd edib ki, Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində səfərdə olan Baş nazir Ənvarul Hak Kakar və Uqandada olan xarici işlər naziri Cəlil Abbas Cilani baş verən hadisələrə görə səfərlərini qısaldıb ölkəyə dönəcəklər.

//Gülnarə Abasova, Editor.az