Pakistanın baş naziri Şahbaz Şərif İslamabadın Kabillə dialoqa hazır olduğunu bildirib.
Editor.az bildirir ki, bu barədə “Dawn” xəbər yayıb: “Dünən 48 saatlıq müvəqqəti atəşkəs haqqında qərar verdik və açıq şəkildə bildirdik ki, ağlabatan tələblərimizi danışıqlar yolu ilə qarşılamaq istəyirlərsə, biz hazırıq. Top onların meydançasındadır”, – Şahbaz Şərif bildirib.
Qeyd edək ki, Əfqanıstan və Pakistan arasında sərhəd bölgəsində qarşıdurmalar çərşənbə axşamından çərşənbə gününə keçən gecə başlayıb. Oktyabrın 15-i günortadan sonra Pakistan Xarici İşlər Nazirliyi tərəflərin 48 saatlıq atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.
//Samir Qurbanov, Editor.az

