Pakistan-Əfqanıstan sərhədində atışma: xeyli sayda ölən varbackend

Pakistan-Əfqanıstan sərhədində atışma: xeyli sayda ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan qüvvələrinin Əfqanıstanın Xost əyalətinə hücumu nəticəsində ən azı doqquz uşaq həlak olub.

Editor.az bildirir ki, bu barədə Talibanın sözçüsü Zəbihullah Mücahid sosial mediada məlumat verib: “Dünən gecə yarısı Xost əyalətinin Qorbuz rayonunda, Muğalqay ərazisində Pakistan qüvvələri yerli mülki şəxs, Qazi Mirin oğlu Vəliyyət Xanın evini atəşə tutub. Doqquz uşaq (beş oğlan və dörd qız) yaralanıb”, – deyə bəyanatda bildirilir.

O, daha sonra əlavə edib ki, Kunar və Paktika əyalətlərində də hava hücumları baş verib, dörd mülki şəxs yaralanıb və bir qadın həlak olub: “Dünən gecə Pakistan qüvvələri tərəfindən Əfqanıstanın Paktika, Xost və Kunar əyalətlərində həyata keçirilən hava hücumları Əfqanıstanın suverenliyinə birbaşa hücum təşkil edir və Pakistan hərbi rejiminin davamlı uğursuzluqlarını nümayiş etdirir. Əfqanıstan İslam Əmirliyi bu pozuntu və təcavüz aktını qətiyyətlə pisləyir və hava məkanını, ərazisini və vətəndaşlarını müdafiə etməyin onun qanuni hüququ olduğunu vurğulayır. Lazımi cavab vaxtında veriləcək”, – deyə Əmirliyin sözçüsü bildirib.

//Samir Qurbanov, Editor.az