Pakistan-Əfqanıstan sərhədinin bir neçə keçid məntəqəsində silahlı toqquşma baş verib. Tərəflər itkilərlə bağlı müxtəlif məlumatlar verir.
Dekabrın 25-də Əfqanıstan hakimiyyəti Pakistanın hava hücumu nəticəsində 51 nəfərin öldüyünü açıqlayıb.
Qeyd edək ki, iki ölkə sərhədində qarşıdurma dekabrın 27-də axşam saatlarında başlayıb. Pakistanın “Dawn” qəzeti yazır ki, yerli sərhədçilər antiterror əməliyyatı zamanı azı doqquz Taliban yaraqlısını məhv ediblər. Nəşrin məlumatına görə, Pakistan tərəfdən itki yoxdur.
Əfqanıstanın TOLO News telekanalı 19 pakistanlı əsgərin öldüyünü bildirib. Telekanalın məlumatına görə, Taliban beş nəfəri öldürüb, daha üç nəfəri yaralayıb. Toqquşmalar Pakistan radikal qruplarının müstəqil dövlət qurmağa çalışdığı ərazidə baş verib. Onlar terrorçu Əl-Qaidə ilə əlaqəlidirlər. Dekabrın 25-də Pakistan tərəfindən Əfqanıstan ərazisinə hava zərbəsi endirilib. İslamabad bildirib ki, hədəflər pakistanlı terrorçuların sığınacaqları olub. Kabil atışlara görə cavab verəcəyini vəd edib.
//Samir Qurbanov, Editor.az