İrana raket zərbələri endirərkən Pakistan Hərbi Hava Qüvvələri İranın hava məkanına daxil olub.
Editor.az bildirir ki, bu barədə “Reuters” Pakistan kəşfiyyatındakı mənbəyə istinadən məlumat verir. Nəşrin yazdığına görə, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İranın hava məkanına daxil olub və zərbələr endirdikdən sonra geri qayıdıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Pakistan Xarici İşlər Nazirliyi İranda “terrorçuların sığınacaqlarına” hücum edildiyini bildirib. İran mediasının məlumatına görə, 3 qadın və 4 uşaq həlak olub, hücumlar raket və dronlardan istifadə edilməklə həyata keçirilib.
//Samir Qurbanov, Editor.az

