Rusiya və Pakistan mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı danışıqlar aparır.
Editor.az xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaza Zəhra Bəluça deyib. O xatırladıb ki, Pakistan uzun müddətdir ki, enerji sektorunda Rusiya Federasiyası ilə əməkdaşlıq edir. Tərəflər Moskva ilə İslamabad arasında enerji sahəsində əməkdaşlığa dair son danışıqların nəticələrindən məmnun olduqlarını bildiriblər. “Ölkələrimiz Pakistanın uzunmüddətli enerji ehtiyacları üçün LNG-nin tədarükü məsələsini də müzakirə edir”, – deyən diplomat danışıqlar prosesinin davam etdiriləcəyini bildirib.
Avqustun ortalarında Rusiya prezidenti Vladimir Putin Pakistanın Müstəqillik Günü münasibətilə prezident və baş nazir Asif Əli Zərdari və Şahbaz Şərifə ünvanladığı təbrikdə iki ölkə arasında əlaqələrin uğurla və yaxşı inkişaf etdiyini bildirib.
//Gülnarə Abasova, Editor.az