Pakistan məhkəməsi İmran Xana hökm çıxartdıbackend

Pakistan məhkəməsi İmran Xana hökm çıxartdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanı hökumət başçısı kimi aldığı hədiyyələrlə bağlı qeyri- korrupsiyada təqsirli bilib və üç il müddətinə azadlıqdan məhrum edib.

Editor.az “Dawn”a istinadən bildirir ki, məhkəmə zalına yalnız vəkillər buraxılıb. İclas zamanı məhkəmə binası qarşısında əlavə polis qüvvələri növbətçilik edib. Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub. 2022-ci ilin aprelində ona etimadsızlıq göstərilib. Oktyabr ayında Xan seçkidən kənarlaşdırılıb və beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib. Bu il mayın 9-da İmran Xan polis tərəfindən saxlanılıb.

O və həyat yoldaşı Büşra Bibi korrupsiyada və Əl-Qadir Universitetinin yaradılmasında büdcədən 50 milyard Pakistan rupisi (təxminən 175 milyon dollar) oğurlamaq üçün ailə fondu olan Əl-Qadeer Trustdan istifadə etməkdə ittiham olunublar. Mayın 10-da məhkəmə Xanı həbs edib və bu da ölkədə kütləvi etirazlara səbəb olub. Mayın 11-də həbs qanunsuz elan edilmiş və sabiq baş nazir zaminə buraxılmışdı.

  //Samir Qurbanov, Editor.az