Pakistanın Şimali Vəziristan əyalətinin Boya və Dosali bölgələrində Talibana qarşı əməliyyat keçirilib.
Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.
Keçirilən 2 ayrı əməliyyat zamanı 8 Taliban üzvü məhv edilib. Öldürülən yaraqlıların bir neçə terror hadisəsində əli olduğu bildirilir.

