Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Baluç ölkəsinin etibarlı yaşayış icazəsi olmayan əcnəbilərin deportasiyası üçün noyabrın 1-dək verilən müddətə riayət edərək qanuni mühacirləri qəbul etməyə davam edəcəyini bildirib.
Editor.az xəbər verir ki, bu barədə Baluç həftəlik mətbuat konfransında açıqlama verib:
Baluç Əfqanıstanda vəziyyətin sabitləşdiyinə diqqət çəkərək əfqan qaçqınların “şərəfli könüllü qayıdışı” üçün əlverişli mühit yaratmağın vaxtının yetişdiyini bildirib. Pakistanın suveren bir ölkə olduğunu və qanuna uyğun olaraq hərəkətə keçəcəyini bildirən Baluç, İslamabadın sözügedən qərarının əfqan qaçqınları və ya heç bir milləti hədəf almadığını bildirib. O, hökumətin qərarının qeyri-qanuni mühacirlərə qarşı olduğunu vurğulayıb və məsələ ilə bağlı Əfqanıstan hökuməti ilə danışıqlar apardıqlarını bildirib.
//Gülnarə Abasova, Editor.az

