“İran ərazisindəki hədəflərə qarşı hücumun yeganə məqsədi Pakistanın təhlükəsizliyini və milli maraqlarını təmin etməkdir”.
Editor.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və hədəfə yönəlmiş bir sıra hücumlar həyata keçirib. Pakistan İran İslam Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edir. Bugünkü aksiyanın yeganə məqsədi Pakistanın öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək idi ki, bu da çox vacib və güzəştə gedə bilməz”,- deyə bəyanatda bildirilib.
“Marq Bar Sarmaçar” adlı əməliyyat zamanı terrorçuların məhv edildiyi qeyd edilib. Açıqlamada, Pakistanın son bir neçə ildə özlərini “Sanderar” adlandıran pakistanlı terrorçuların İran daxilində nəzarət olunmayan ərazilərdə istifadə etdikləri sığınacaqlarla bağlı narahatlığını ifadə etdiyi, həmçinin bu barədə konkret dəlillər olan bir çox faylın olduğu ifadə edilib. Orada terrorçuların mövcudluğu və fəaliyyətləri təqdim edilib. Sarmaçarlar qrupunun Pakistanın böyük narahatlığına cavab olaraq heç bir tədbir görmədiyi üçün günahsız pakistanlıların qanını cəzasız olaraq tökməyə davam etdiyi vurğulanıb.
//Gülnarə Abasova, Editor.az

