Pakistan yanır: 6 gündə 600-ə yaxın ölümbackend

Pakistan yanır: 6 gündə 600-ə yaxın ölüm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Sind əyalətinin Kəraçi şəhərində havanın temperaturunun 40 dərəcədən yuxarı qalxması və yüksək rütubət temperaturu 49 dərəcəyə qaldırır və insan itkisi artır.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Kəraçi şəhərində təsirini davam etdirən istilər səbəbindən son 6 gündə 568 nəfər həyatını itirib. Təcili yardım xidmətinin Edhi verdiyi açıqlamada, həddindən artıq istilər səbəbindən gündə 30-40 nəfərin cəsədinin şəhər meyitxanasına gətirildiyi, lakin son 6 gündə 568 nəfərin həyatını itirdiyi bildirilib. Bildirilib ki, ölümlərdən 141-i təkcə çərşənbə axşamı günü baş verib.

Təcili xidmət rəhbəri Dr. İmran Sərvər Şeyx bildirib ki, bazar günündən cümə axşamına kimi Kəraçi Mülki Xəstəxanasına istilik vurması ilə 267 nəfər müraciət edib və onlardan 12-si dünyasını dəyişib. “Xəstəxanaya gələnlərin çoxu 60-70 yaşlarında, lakin 45, hətta 20 yaşlarında olan cütlük də var. Gördüyümüz insanların çoxu çöldə işləyirdi. Onlara bol su içmələrini və bu istidə yüngül paltar geyinmək lazımdır”, – Şeyx deyib.

Pakistanda həftəsonu həddindən artıq istilər təsir etməyə başladığı üçün soyutma mərkəzləri və düşərgələr yaradılıb.

//Gülnarə Abasova, Editor.az