Pakistanda bombalı terror: 13 yaralı varbackend

Pakistanda bombalı terror: 13 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Bəlucistan əyalətinin Xuzdar şəhərində bombalı terror hadisəsi baş verib. Editor.az xəbər verir ki, hücum zamanı 3-ü uşaq olmaqla ümumilikdə 13 nəfər yaralanıb. Partlayışın baş verdiyi bölgədəki xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə şahidləri bildiriblər ki, bölgədə iki partlayış olub, ikinci partlayışda isə çox insan yaralanıb.

Xuzdar şəhərinin polis məmuru Məhəmməd Can Sasoli hücumun motosikletə yerləşdirilən bomba ilə edildiyini bildirib: “Polis ərazidə işləyir və ətrafı mühasirəyə alıb. Hücumu təşkil edənlərin saxlanılması üçün bölgədə əməliyyat başlayıb”.

//Samir Qurbanov, Editor.az