Pakistanda daşqın nəticəsində 10 uşaq difteriyadan ölübbackend

Pakistanda daşqın nəticəsində 10 uşaq difteriyadan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Sind əyalətində daşqından sonra son 2 ayda 10 uşaq difteriyadan ölüb.

Editor.az milli mətbuatda yer alan məlumata istinadən xəbər verir ki, səlahiyyətlilər Sind əyalətində son 2 ayda 10 uşağın difteriyadan öldüyünü, əyalətdə isə 39 difteriyaya yoluxma halının aşkar edildiyini bildirib.

Səlahiyyətlilər bu xəstəlikdən daha çox ölüm ola biləcəyindən narahat olsalar da epidemiyanın araşdırılması və peyvənd edilməsinin vacibliyinə işarə ediblər.

Qeyd edək ki, Pakistanda iyunun 14-dən bəri yağan musson yağışlarının yaratdığı daşqınlar nəticəsində 1638 nəfər ölüb, 12 mindən çox insan yaralanıb.

//Gülnarə Abasova, Editor.az