Pakistanlı nazir əhalini çay tələbatını azaltmağa çağırdıbackend

Pakistanlı nazir əhalini çay tələbatını azaltmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda yüksək idxal ödənişlərini azaltmaq üçün əhali çay istehlakını azaltmağa çağırılıb.

Editor.az xəbər verir ki, bu barədə Pakistanın federal planlaşdırma və inkişaf, keçmiş daxili işlər naziri Əhsən İqbal açıqlama verib.

“Mən xalqımızı gündəlik çay istehlakını bir və ya iki stəkan azaltmağa çağırıram, çünki biz çayı borc alırıq”,- deyə nazir bildirib.

Qeyd edək ki, Pakistan dünyanın ən böyük çay müştərisidir. Keçən il  ölkəyə çay idxalı 600 milyon dollardan çox olub. İqbal həmçinin elektrik enerjisinə qənaət etmək üçün mağazaların axşam saat 20:30-da bağlanmasını da təklif edib.

//Gülnarə Abasova, Editor.az