Pakistanda İmran Xana qarşı daha iki cinayət işi açıldıbackend

Pakistanda İmran Xana qarşı daha iki cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın hüquq-mühafizə orqanları tərəfindən keçmiş baş nazir İmran Xana qarşı daha iki cinayət işi qeydə alınıb.

Məlumata görə, cinayət işləri Xanın Ədalət Naminə Hərəkat Partiyasından olan 150 fəala qarşı açılıb.

Bildirilir ki, onlar siyasətçini polis tərəfindən həbs olunmaqdan qorumaq üçün liderlərinin Lahordakı iqamətgahını mühasirəyə alıblar.

Polis məmurlarından biri iddia ərizəsində yazıb ki, toplanan fəallar dəyənəklərlə silahlanaraq polisi “ciddi nəticələrlə” hədələyiblər.

Xatırladaq ki, yerli ekspertlərin hesablamalarına görə, bu günə qədər İmran Xana qarşı açılan cinayət işlərinin ümumi sayı 75-ə çatıb.

Qeyd edək ki, Pakistanın Cinayət Məcəlləsinə əsasən, iğtişaşlara təhrik etmək başqa hallarla yanaşı, ölüm cəzası ilə də cəzalandırılır. Lakin keçmiş baş nazirə qarşı bu cür ittihamlar ilk dəfə deyil və əvvəllər məhkəmələr Xana qarşı bütün bu cür ittihamları əsassız hesab ediblər.

Oxu.az