Pakistanda kazarmaya bombalı hücum olubbackend

Pakistanda kazarmaya bombalı hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Dera İsmail Xan bölgəsində kazarmaya edilən bombalı hücumda 23 nəfər həyatını itirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Xayber-Paxtunxva əyalətində Darabanda kazarmaya hücum edilib.

Pakistan Silahlı Qüvvələrinin media və ictimaiyyətlə əlaqələr qanadından verilən açıqlamada səhər saatlarında 6 hücumçunun polis idarəsi qarşısındakı təhlükəsizlik məntəqəsinə daxil olmaq cəhdinin qarşısı alındığı, hücum edənlərin daha sonra partladıldığı bildirilib. Partlayışın şiddəti nəticəsində polis idarəsinin bir hissəsinin dağıldığı və 23 əsgərin həyatını itirdiyi bildirilib. Qarşıdurmada 6 hücumçunun da öldürüldüyü qeyd olunub.

Pakistanın daxili işlər naziri Sarfraz Buqti açıqlamasında hadisəni terror hücumu kimi qiymətləndirib. Hücumu qınayan Buqti insan itkisinə görə dərin hüznlə kədərləndiyini bildirib.

Hücuma görə məsuliyyəti Pakistan Talibanına bağlı yeni qrup olan Tehreek-e-Cihad Pakistan (TJP) öz üzərinə götürüb.

//Səbinə Hüseynli, Editor.az