Pakistanda kömür mədənində partlayış: 6 nəfər öldübackend

Pakistanda kömür mədənində partlayış: 6 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Bəlucistan əyalətində kömür mədənində partlayış baş verib.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli rəsmilərə istinadən “Dawn” telekanalı məlumat yayıb.

Dağ-mədən departamentinin baş inspektorunun sözlərinə görə, xilasedicilər partlayış yerinə çata bilib. Ancaq partlayışda azı 6 nəfərin öldüyü məlumdur.

Məlumata görə, güclü partlayış mədəndə metan yığılması nəticəsində baş verib. Bu zaman fəhlələr 450 metrdən çox dərinlikdə işləyib və şaxtanın bir hissəsi dağıldığı üçün orada qalıb.