Pakistanda güclü partlayış baş verib.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Karaçi Universitetinin tələbə şəhərciyində olan avtomobil naməlum səbəbdən partlayıb.
İlkin məlumata görə, partlayışda ikisi xarici ölkə vətəndaşı olmaqla, dörd nəfər həyatını itirib. Partlayış zamanı çoxlu sayda insan yaralanıb. Hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları göndərilib. Partlayışın səbəbləri araşdırılır.
//Editor.az

