Pakistanda selin fəsadları artmaqda davam edirbackend

Pakistanda selin fəsadları artmaqda davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Bəlucistan əyalətində şiddətli yağışlar səbəbindən ölənlərin sayı artaraq 20-yə yüksəlib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün altı qadın evin tavanının uçması nəticəsində həlak olub, əyalətdə 100-dən çox evə ziyan dəyib. Əyalətin tərkibində olan Ketta şəhərində Fövqəladə vəziyyət elan edilib.

Yağışların təsiri özünü təkcə Bəlucistan əyalətində göstərməyib. Sind Əyalətinin Şukkur şəhərində də fövqəladə vəziyyət elan edilib. Sel fəlakəti sonrası əyalətdə axtarış-xilasetmə tədbirləri hələ də davam edir.

Qeyd edək ki, Pakistanda iyul ayında güclü yağışlar səbəbindən sel fəlakətinin olması xarakterikdir.

//Nəzərbəy Hacıağayev, Editor.az